“Sevmirəm daha” - VİDEO-YENİLƏNİB

“Sevmirəm daha” - VİDEO-YENİLƏNİB

Ülvi Cəfərovun rəhbəri olduğu məşhur "Şeron\" qrupu uzun fasilədən sonra yeni klip ərsəyə gətirib. SİA-nın məlumatına görə, "Sevmirəm daha" adlı lirik mahnının tezliklə hitə çevrilməsi ehtimal olunur.

Qeyd edək ki, "Sevmirəm daha" mahnısının sözləriAzad İsayevə musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur.

17.00

"Şeron" qrupunun yeni lentə aldırdığı "Sevmirəm daha" klipinin rejissoru Anar Hüseynov SİA-ya açıqlaması zamanı yeni işindən ağızdolusu danışıb.

Rejissorun sözlərinə görə, klipinin operator işi Rza Əsgərova məxsusdur: \"Klip 4 günə çəkilib. Kifayət qədər bahalıdır-15 min AZN. Klipin üzərində 15 nəfər işçi qrupu çalışıb. Klipdə bir çox çətin səhnələr var. Burada biz qrafikadan istifadə etmişik. Fikir versəniz, "Şeron"nun üzvləri burada nəhayət ki, fərqli düşüblər".

Rejissorun sözlərinə görə, klipin süjet xəttinin ərsəyə gəlməsində məşhur müğənni Röya Ayxanın fikirlərinə üstünlük verilib. Məhz Röyanın istəyi ilə klip eyni həyatı yaşayan 3 fərqli insana həsr olunub.

Anar Hüseynov klipin çəkiliş məkalarını da açıqlayıb: "Bəzi səhnələr Azərbaycan Dövlət Opera və Balet teatrında lentə alınıb. 200 illik yaşı olan tarixi bir evdə və Bakının müxtəlif qədim küçələrdə çəkilib. Klip ən son texniki avadanlıq olan Full HD-ə çəkilib\".



Bütün xəbərlər Facebook səhifəmizdə