Xalq artisti Flora Kərimova bu günlərdə fanatları ilə görüşüb. SİA-nın məlumatına görə, Facebook sosial şəbəkəsinin iştirakçıları arasında online olaraq təqdim olunan "Ulduza yaxın" layihəsinin ilk qonağı olan Flora xanım ən maraqlı sual ünvanlayan iki fanatı ilə görüşüb və imzalı fotoposterlərini hədiyyə edib. Müğənni ilə canlı şəkildə görüşmək şansı qazanan Ləman İslamova və Ulya İlyasova sənətçiyə sevgilərini etiraf ediblər. Xalq artisti ona ünvanlanan bütün sualları məmnuniyyətlə cavablandırıb. Ancaq ən maraqlı iki sual xalq artinin daha çox diqqətini çəkib. Belə ki, maraqlı təklif verən Vüsal Abdullayev, onu anasının məzarı üstündə oxumağa dəvət edib. "Rəhmətlik Anam deyərdi ki, mən öləndə qəbrim üstə Flora oxusa, Habil kamanını sızlatsa dirilərəm. Məzar başında oxuya bilərdinizmi?", - sualına cavab olaraq isə sənətkar dəvəti qəbul edib. Müğənni mərhumun məzarının yerləşdiyi məkanla maraqlanaraq orda oxuyacağına söz verib.
Söhbət əsnasında xalq artistinin mahnılarından anesteziya kimi istifadə olunduğu da məlum olub. Sən demə, dünyada 1-ci dəfə İbrahim bəy Topçubaşov bu üsuldan faydalanıb. Sənətkarın sözlərinə görə, ilk olaraq onun mahnılarından anesteziya kimi istifadə olunub və hazırda məşhur cərrahlar da buna müraciət edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB