Cəlal Abbasov Heydər Əliyev Sarayında konsert verəcək

Cəlal Abbasov Heydər Əliyev Sarayında konsert verəcək

Mayın 20-də Heydər Əliyev Sarayında müğənni Cəlal Abbasovun solo konserti keçiriləcək. SİA-nın məlumatına görə, sarayın təşkilatçılığı ilə keçiriləcək konsert proqramında gənc və istedadlı müğənni Cəlal Abbasov xalq, klassik, bəstəkar və estrada mahnıları ifa edəcək. Müğənniyə instrumental ansambl müşaiyət edəcək.

Qeyd edek ki, Heydər Əliyev Sarayında artıq ikinci solo konsert proqramı ilə çıxış etməyə hazırlaşan gənc müğənni "Bakı Gecələri-2008" estrada və mahnı müsabiqəsinin, bir sıra yerli və xarici Beynəlxalq Festivalların iştirakçısı və qalibidir.

Konsert saat 20:00 başlanır. Bilətləri şəhərimizin kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə