İlhamə Quliyeva tamaşaçılar qarşısında Sevda Yahyayevaya dərs keçdi - FOTOSESSİYA
Fevral ayının 18-i Heydər Əliyev Sarayında müğənni Sevda Yahyayevanın "Tut əlimdən" adlı sayca üçüncü solo-konserti keçirilib. SİA-nın xəbərinə görə, müğənni "Bizimki tutmadı" mahnısı ilə rəqqaslarla səhnəyə çıxıb. Alqış sədaları altında Vüqar Camalzadənin rəhbərlik etdiyi peşəkar musiqiçilərin müşaiyəti ilə populyar mahnısını ifa edib.
Konsertin əsas təşkilatçısı, Sevdanın prodüseri Pərviz
Əsgərov, uzun illər Yahyayevanın
layihələrində rejissor kimi çıxış edən Ranar Musayev, prodüser Samirə Xasməmmədovanın, eləcə də digər yaradıcı
heyətin ideyası əsasında Sevdanın konsert zamanı söyləyəcəyi bütün ürək sözləri
öncədən lentə alınaraq, fonoqramla səsləndirilib. Müğənni vəd verdiyi kimi
bütün ifalarını canlı oxuyaraq peşəkar rəqqasların köməkliyi rəqs edib.
Tədbirdə Türk Dünyasın Sənət Kraliçası, xalq artisti İlhamə
Quliyeva və müğənni Ruhi Əliyeva ilə birlikdə ön sırada əyləşiblər.
Sevda "Kəsmə şikəstə"ni ifa etdiyi zaman sevilən sənətkarımız İlhamə xanım kövrəlib.
Antrakt zamanı kulis arxasına keçən İlhamə Quliyeva jurnalistlərə müsahibə verərək
Yahyayevanın muğam oxumaq istəyindən söz açıb: "Sevda böyük-kiçik yerini bilən,
hörmətcil qızdır. Və ən əsası da istedadlıdır. Adıma dəvətnamə
göndərdikdən sonra telefonla zəng etdi, ona dəstək olmağım üçün konsertinə
gəlməyimi rica etdi. Təbii ki, mən onun istəyinə qarşı çıxmadığıma görə onun
sevincinə şərik çıxdım.
Bu gün Sevda kimi gəncləri görəndə sevinirəm. Mərhum sənətkarımız Fatma
Mehrəliyevanın möhürünü vurduğu "Kəsmə şikəstə"ni oxuduğu zaman hətta məni
duyğulandırdı. Amma bir tövsiyəm var ki, muğamlarımıza müraciət etdiyi zaman
daha mükəmməl ifa göstərməyə səy göstərsin. Şirin və qəlbə yatımlı səsinin
olduğu üçün bu məsləhətimi verirəm. Başqa iradlarım yoxdur. Çünki, konsertdə
məni narazı salacaq heç nə görmədim"-deyə
əlavə edib.
Ancaq tamaşaçıların qarşısında çıxış edən İlhamə xanım Sevdanın muğam oxumasında \"əmma\" tutdu: \"Səhnəyə çox yaraşırsan. Amma o müğam boğazlarında bir balaca tələsdin. Müəllimlərin bəzi məsələləri sənə deməyə unudublar. Biz sənlə mütləq görüşüb, bunları danışacayıq. Sənə bəzi sənət sirrlərini öyrədəcəm\" -deyən xalq artistinə Sevdanın da cavabı oldu: \"Mən sizin kimi sənətkarın qarşısında çıxış etdiyim üçün çox şadam\".
Sevda, geyindiyi
hər üç fərqli libasları ilə saray səhnəsinə xüsusi yaraşıq verib.
İkinci hissə səbəbkarın "Tıq-tıq" xanım
cizgi-filminin sauntrekini ifa etməsi ilə başlayıb. Tamaşaçılarının alqış və
gül yağışları ilə mükafatladırılan müğənni, çıxışını konsertini adlandırdığı
"Tut əlimdən" hitinin sədaları ilə yekunlaşdıraraq səhnəni tərk edib.
Onu da qeyd edək ki, konsertdə həmçinin xalq artisti Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, əməkdar artist Abbas Bağırov, Elza Seydcahan, müğənnilər Zamiq Hüseynov, Safurə Əlizadə, İlqarə İbrahimli, Rüstəm Zeynallı, bəsətəkarlar Nailə Mirməmmədli, Hacı Nazim Məmmədov, Pərviz Mahmudov, teleaparıcılar Nanə Ağamalıyeva, İlkin Həsəni, Azər Şirin, rəqqasə Fatimə Fətəloyeva və bir çox şou-biznes nümayəndələri əyləşmişdi.
Ceyran Əsgərqızı
Foto: Türkan Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB