Müğənniləri kimlər və nəyə görə qınadı?

Müğənniləri kimlər və nəyə görə qınadı?

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Xocalı Soyqırımını Tanıtım İctimai Birliyi ilə birgə 20 fevral 2012-ci il saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzinin konfrans salonunda mətbuat konfransı keçirəcək. SİA-nın verdiyi xəbərə görə, mətbuat konfransının keçirilməsinə səbəb Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən 27 fevral 2012-ci il tarixinə planlaşdırılmış konsert proqramına etirazla bağlıdır. Konsert proqramında müğənnilər Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun iştirak edəcəklər. Mətbuat konfransında Xocalı faciəsinin şahidləri, Qarabağ veteranları, şəhid ailələri, QHT nümayəndələri və sənətçilər keçiriləcək konsertə etiraz üçün iştirak edəcəklər. Tədbirdə KİV-ə bu məsələ ilə bağlı daha maraqlı məqamlar açıqlanacaq.

Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün adı çəkilən müğənnilərdən münasibət öyrənəcəyik.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə