Azərbaycan şou-biznesinin tanınmış rejissoru Nail Naiboğlu ürəyində qalan arzularından söz açıb. SİA- ya açıqlama verən rejissor bunları deyib: "Bir çox müğənnilərə klip çəkmişəm. Ancaq ürəyimdə qalan sənətkarlar var ki, hələ də onlarla iş birliyim baş tutmayıb. Səhnəmizin nəhəngi, Azərbaycan musiqisinin kraliçası Zeynəb Xanlarova, məşhur müğənni Emin Ağalarov və azərbaycanlı müğənni Sami Yusiflə yeni iş birliyimizin olmasını çox istərdim. Sözügedən müğənnilərə klip çəkmək ən böyük arzumdur. O, insanlara klip çəkmək mənim üçün böyük fəxr olardı".
Rejissor onu da qeyd edib ki, Türkiyənin tanınmış müğənnisi Orhan Ölməzə klip çəkməklə arzularından birini həyata keçirib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB