Tanınmış müğənni Xatun vətəni tərk edib Rusiyaya yollandı. Xanım ifaçının sözügedən ölkəyə getməkdə məqsədi konsert proqramları ilə bağlıdır.
Rusiyaya yola düşməzdən bir saat öncə Heydər Əliyev adına Hava limanında SİA-ya açıqlama verən Xatun səfərinin təfərrüatlarını açıqladı: "Rusiyanın bir çox şəhərlərində konsert proqramları ilə çıxışı edəcəyəm. Bu turnenin təşkil olunmasında Azərbaycan Diasporasının böyük əməyi var. Onlar mənim konsertimi təşkil edirlər. İnşallah, maraqlı repertuarla mənə olan etimadı doğrultmağa çalışacağam. Çox həyəcanlıyam. Çünki qürbətdə olan həmyerlilərimiz qarşısında çıxış etmək daha məsuliyyətlidir. Əminəm ki, bir neçə gün davam edəcək konsert proqramında tamaşaçılar mahnılarımdan zövq ala biləcəklər".
Rusiyadakı Azərbaycan Diasporunun dəvəti və təşkilatçılığı ilə Rusiyanın bir neçə şəhərlərində müğənninin konsertləri keçiriləcək.
Xatunun son işləri onun yaradıcılığına bir daha nəzər salmağa imkan yaradıb. Xanım müğənninin son layihələri ilə tanış olan diaspor üzvləri onu Rusiyaya dəvət etməyə qərar veriblər.
İfaçının son albomu olan "Limitin bitdi"nin Rusiyadakı həmyerlilərimiz tərəfindən maraqla qarşılanması konsertin təşkil olunmasına təkan verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB