Azərbaycanlı müğənnini “Eurovision”dan kim məhrum etdi?-FOTOSESSİYA-VİDEO
Əslən azərbaycanlı olan Belarusun əməkdar artisti Günəş Abbasova "Eurovision" mahnı müsabiqəsinin seçim turuna qatılmışdı. SİA-nın məlumatına görə, bir çox səylərə və kifayət qədər uğurlu çıxışa baxmayaraq müğənni finalda məğlub oldu.
Belarusun Milli Final gecəsində isə 5 ifaçı yarışıb. Bütün tamaşaçıların məhz Günəş Abbasovanı dəstəklədiyi, hətta münsifləri heyətinin onu bəyəndiyi halda naməlum səbəblərə görə, Alyona Lanskaya adlı müğənni qalib oldu.
Deyilənlərə görə, səsvermənin nəticələri belə olub: Alyona Lanskaya (12 ses), "Litesound" (10 ses), Günəş Abbasova (8 səs), Viktoriya Aleşko (7 səs), Uzari (6 səs) toplayıb.
Ancaq final mərhələsindən sonra bəzi şaiələr yayılıb. Deyilənlərə görə, qalibin məhz Günəş Abbasovanın olacağı gözləndiyi zaman Alyonanın seçilməsinin başqa səbəbləri var. Şəhərdə gəzən xəbərlərdə deyilir ki, Alyonanın seçilməsinə səbəb onun sevgilisinin iş adamı və kifayət qədər zəngin olmasıdır.
Belə ki, Belarusun maddi imkanlarının zəif olduğu üçün onlar bu cür mötəbər müsabiqəyə hazır deyildilər. Ancaq sözügedən iş adamı bu müsabiqə üçün ayırdığı vəsaitin qarşılığında məhz Alyonanın seçilməsini tələb edib.
Qeyd edək ki, bu məlumatı Rusiya mətbuatı da qeyd edir. Bir çox media qurumları da məhz Günəşin seçilməsini düzgün hesab edirdilər.
Video roliklərdə göründüyü kimi bütün tamaşaçılar Günəş Abbasovanı böyük sevgi ilə qarşılayırlar. Bir çox fan-klublar da məhz bu xanımın seçilməsinin tərəfdarı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB