Emin Ağalarovun 14 fevral Sevgililər gününə həsr etdiyi konserti maraqla qarşılanıb
Azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarovun 14 fevral Sevgililər gününə həsr etdiyi konserti maraqla qarşılanıb. Konsert Moskvanın "Olimpiyskiy" idman-konsert kompleksində baş tutub. SİA-nın müğənninin internet saytına istinadən verdiyi məlumata görə, "Big Love Show" adlı tədbir çərçivəsində o, "Just For One Night" adlı hitini ifa edib. Tədbirdən sonra E. Ağalarov bir neçə məşhur musiqi kanalına və populyar internet nəşrlərə müsahibələr verib.
14 fevral - Sevgililər Gününə həsr olunan "Big Love Show" tədbirində rus şou-biznesinin tanınmış ulduzları çıxış ediblər. MTV kanalı isə konserti canlı yayımlayıb.
E. Ağalarov Sankt-Peterburqdakı Buz İdman Sarayında keçirilən konsert proqramında da çıxış edib. Proqramda Rusiyanın tanınmış müğənniləri Dima Bilan, Timati, Anjelika Varum, Sergey Lazarev və başqaları da sevilən mahnılarını ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB