Hüseyn Dərya: “Qazamata düşəndə bir daha anladım ki, səhv etmişəm”- MÜSAHİBƏ
Azərbaycanın tanınmış reperi Hüseyn Dəryanın Səs İnformasiya Agentliyinə müsahibəsi.
-Hüseyn Dərya keçmişini xatırlayanda fəxr edir yoxsa dərs çıxardır?
-İnsan keçmişinə baxanda heç vaxt utanmamalıdır. İllər öncə atdığı addımlar ona ucalıq gətirməlidir və ya nüfuzunu aşağıda sala bilər. Ancaq mən keçmişimlə fəxr edirəm. Keçmişim anlıma yazılmış yazı idi. Hüseyn Dərya yıxılmalı idi ki, gənc nəsillərə nümunə olsun. Hər adam öz həyatını nümunə göstərmir. Ölümcül vəziyyətə düşdüm ancaq ölmədim.
-Narkotikanı nə vaxt atmısız?
-Həbsxanaya düşmədən 1 həftə öncə narkotikanı tərgitmişdim. Ancaq qazamata düşəndə bir daha anladım ki, səhv etmişəm.
-Həbsxanaya düşdükdən sonra qorxmadınızmı sizi telekanallar qəbul etməyəcək?
-Bir çox insanlar fikirləşirdilər ki, Hüseyn Dəryanı heç bir televiziya yaxınına buraxmayacaq. Ancaq mən yenə də gündəmdəyəm. Səhv və yalnış əməllərimlə xalqıma xidmət edirəm. 30 yaşlı Hüsey Dərya 50 yaşlı kişinin həyatını yaşayıb. Yaşadığım həyata görə, dünya gözümdə soldu. Ancaq bədbin yox nikbin insanam. Allahım mənə düz yol göstərsin ki, heç olmasa gələcəkdə balalarımın üzünə baxa bilim.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB