Dünən Beynəlxalq Mətbuat Mərkəzində reper Dassenin "Uşaqlıq illəri" klipinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, Qorqud Cəfərlinin rejissoru olduğu klipdə 1 gəncin acılı-şirinli xatirələrindən söhbət gedir. Hansımız uşaqlıq şəkillərimizi evə qonaq gələn dost-tanışa göstərməyi, şirin xatirələrimizi danışıb-bölüşməyi sevmirik? Axı uşaqlıqda "ən ağıllı", "ən dəcəl" və "ən şirin" elə biz olmuşuq. Ancaq klipin qəhrəmanı nə şəkilləri axtarır, nə də bölüşmək üçün xoş xatirələri... O özünü tapmağa çalışır. Klipin operatoru D.Oruclu, ssenaristi Azər Cəfər, müəllifi Kamrandır.
Klip rejissor Qorqud Cəfərlinin ilk işidir. Təvazökarlıqla "Mən rejissor deyiləm" - bildirən Qorquda təqdimatda Dassen də haray verdi: "İndi hər nəqərat söyləyən özünü reper sayır. Odur ki, mən özümə reper deməyə utanıram" – dedi. Ümumiyyətlə təqdimat maraqlı atmacalarla yadda qaldı: "Azərbaycanda reper axtarıram ki, - 10 dərəcə soyuqda açıq havada klip çəksin. Bizim klip peşəkarlar tərəfindən şəkilməsə də, Aqil M.Quliyevin, Röyanın 10-15 minlik kliplərindən geri qalmır ki..."
Mətbuat konfransında yerli reperlərdən də söz
düşdü: "Bizim reperlər qar yerinə ağ
"prostınya", qan yerinə ketçup sürtərək, klip çəkməyə vərdiş ediblər".
Qeyd edək ki, klip 42 manata çəkilib. Bu məbləğ isə Hovsan-Bakı yolunda xərclənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB