Braziliyanın tanınmış modellərindən olan Ana Beatriz Barros maraqlı açıqlaması ilə Türkiyə gündəminə düşüb. SİA-nın xəbərinə görə, Türkiyədə təşkil olunan "İstanbul Fashion Week"-də podyuma çıxan model dəfilə sonrası jurnalistlərə müsahibə verib. Jurnalistlərin \"Türkiyədən hansı simaları tanıyırsınız?\" sualına modelin cavabı maraqlı olub. Elə deyəsən, bu cavabla da super model Türkiyə mətbuatında çox danışılacaq. Ana Beatriz Barros jurnalistlərə bildirib ki, Türkiyədən tanıdığı iki isim var ki, bunların birini çox bəyənir. Tarkan və Kıvanç Tatlıtuğu tanıdığını deyən model Kıvanç Tatlıtuğu bir kişi kimi çox bəyəndiyini dilə gətirib.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB