Türkiyə estradasının sevilən səslərindən olan Bengü yeni klipinin hazırlıqlarını davam etdirir. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, yeni albomunda ən çox sevilən "Kalbi olan ağlıyor mahnısına klip çəkdirən sənətçi bu mahnını fanatlarının istəyi ilə seçdiyini bildirib.
Bengünün sözlərinə görə, pərəstişkarları onu heç belə görməyiblər. Klipin yayımlanacağı günü böyük səbirsizliklə gözlədiyini bildirən sənətçi, klipin süjet xətti haqqında olduqca iddialı danışıb. "Bu klipi izlərkən ürəyi olan hər kəs göz yaşlarını saxlaya bilməyəcək",- deyən ifaçı görüntülər zamanı özünün də fərqli obrazda olacağını bildirib.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB