Emin Ağalarov Sankt-Peterburqda konsert verib- FOTOSESSİYA

Emin Ağalarov Sankt-Peterburqda konsert verib- FOTOSESSİYA

Tanınmış müğənni və bəstəkar Emin Ağalarov Sankt-Peterburqda konsert verib. SİA-nın müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, "Lenkonsert" zalında çıxış edib.


Tamaşaçıların gur alqışları ilə müşayiət olunan konsertdə E.Ağalarov "Сердце бьется" adlı mahnısını da ifa edib. Qeyd edək ki, bu gün E.Ağalarovun növbəti konserti "Buz sarayı" salonlarında reallaşacaq.


Müğənninin fevralın 14-də Moskvanın "Olimpiya" zalında keçiriləcək konsertində isə Rusiyanın tanınmış səhnə ulduzları da iştirak edəcəklər. Proqrama tanınmış müğənni və bəstəkarın hitləri ilə yanaşı, yeni mahnıları da daxil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə