Los-Ancelesdə keçirilən "Qremmi" mükafatlarının təntənəli təqdimetmə mərasimi müğənni və aktrisa, "Saving All My Love For You", "So Emotional", "One Moment in Time" kimi hitlərin ifaçısı mərhum Uitni Hyustonun xatirəsinə həsr olunub.
SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, "Qremmi" xatirə mərasimi müğənni Cennifer Hadsona etibar edilib.
Mərasimi hüzünlü kəlmələrlə açan Cennifer Hadson "Musiqi ailəmizdə böyük itki üz verib, biz çox sevdiyimiz Uitni Hyustonu itirdik" sözlərini əlavə edib.
Sonra tədbirə davam olaraq müğənninin məşhur "I WIll Always Love You" mahnısı səslənib.
"Qremmi" mükafatının qalibləri:
İlin musiqi albomu- "21" müğənni Adel
İlin mahnısı- "Rolling in the Deep" müğənni Adel
İlin çıxışı- xalq qrupu Bon İver
Pop janrında ilin ən yaxşı solo ifaçısı - müğənni Adel və mahnısı Someone Like You
Por janrında ilin ən yaxşı duet qrupu - Body and Soul Toni Bennett və Emi Uaynxaus
İlin ən yaxşı rəqs kompazisiyası - Scary Monsters and Nice Sprites от Skrillex
İlin ən yaxşı rəqs albomu - Scary Monsters and Nice Sprites
İlin ən yaxşı rok çıxışı - Foo Fighters
İlin ən yaxşı rok albomu - Wasting Light, Foo Fighters qrupu
İlin ən yaxşı R&B albomu - F.A.M.E. Kris Braun
İlin ən yaxşı rep əməkdaşlğı - All Of The Lights Kani Uesta, Rihanna və Kid Kudi
İlin ən yaxşı rep albomu - My Beautiful Dark Twisted Fantasy
reper Kani Uest
Kantri janrında ilin ən yaxşı mahnısı - Mean, ifaçı Teylor Svit
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB