Gənc ifaçıdan yeniliklər var- FOTO

Gənc ifaçıdan yeniliklər var- FOTO

Azərbaycan şou-biznesinin gənc ifaçısı Leyla Ramazanlı yenilikləri haqda danışıb. SİA-ya açıqlama verən müğənni bunları deyib: "Bir neçə gün bundan öncə musiqisi Minayə xanıma, sözləri isə Arzu Əsədova məxsus olan "Gələcəksən" adlı mahnıya klip çəkdirdim. Növbəti mahnı üzərində çalışıram. Onu da deyim ki, musiqisi İsmail Əsədova, sözləri isə Arzu Əsədova məxsus olan "Sehirbaz" adlı musiqisi bir neçə gündən sonra dinləyicilərin öhdəsinə buraxılacaq. Qısa zamanda sözügedən mahnıya klip çəkdirməyi planlaşdırıram",-deyə gənc müğənni bildirib.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə