Dünyanı lərzəyə gətirən Uitni Hyuston--FOTOSESSİYA

Dünyanı lərzəyə gətirən Uitni Hyuston--FOTOSESSİYA

Dünya şöhrətli ifaçı Uitni Hyustonun ölüm xəbəri bütün dünya mətbuatını lərzəyə gətirib. Sevilən ifaçının vəfat etməsi haqda xəbərlər daim yenilənir.

SİA xarici mətbuata istinadən müğənninin ölümünün təfərruatlarını açıqlayır.

Belə ki, 48 yaşlı Uitni Hyuston fevralın 11-də axşam Los-Ancelesdə dünyasını dəyişib. O, \"Grammy\" mükafatının təqdimat mərasimindən əvvəl \"Beverly Hilton\" otelindəki şouda çıxış etməliydi. Müğənni otelin işçiləri tərəfindən huşsuz halda tapılıb. Onun ağrıkəsici və sakitləşdirici dərmanlar qəbul edəndən sonra hamam otağında vanna qəbul edərkən dünyasını dəyişdiyi bildirilir. Həkimlərin səylərinə baxmayaraq müğənnini həyata qaytarmaq mümkün olmayıb.
Otel otağında döşəmədə tapılan dərmanlar arasında \"Lorezapam\", \"Ksanaks\", \"Valium\" və çoxsaylı yuxu dərmanları olub.


Həkimlərin ilkin rəyinə görə, müğənni sedativ preparatları qəbul edəndən sonra vanna qəbul edərək dincəlmək fikrinə düşüb. Lakin bu dərman preparatları Hyustonun bir qədər əvvəl qəbul etdiyi spirtli içkilərlə orqanizmdə qarışıb və öldürücü effekt yaradıb.

Polis müğənninin öldürülməsini istisna edir. Onun üzərində zorakılıq faktları da aşkarlanmayıb.

Müğənninin yaxınlarının dediklərinə görə, ölümündən bir qədər əvvəl o, xeyli pul itirmişdi. Bu pullar əsasən narkotik asılılıqdan müalicəyə sərf olunub.

Cəsədin yarılmasını səbəbi açıqlanmadan təxirə salıblar. Müstəntiqlər onun meyitinin morqda olmasını təsdiqləyib və deyiblər ki, ekspertiza və yarılma qeyri-müəyyən müddətə təxirə salınıb. Los-Ancelesin polis kapitanı Brayan Elias bildirib ki, \"ekspertiza olacaq, amma nə vaxt olacağı hələ məlum deyil\".

Hyustonun cəsədi 7 saat otel otağında qalıb. Yaxınları və dostları onunla vidalaşıblar. Bu müddət ərzində oraya kənar şəxslər buraxılmayıb.

Kim olub Uitni Hyuston?

Müğənnilik Uitninin qanında idi. Çünki onun anası Sisi Hyuston məşhur amerikalı müğənni Areta Franklinin bacısı qızı, populyar müğənni Dion Uorvikin qohumu idi. Areta Franklin elə Uitninin \"xaç anası\" idi.

Uitni Hyuston dünya şöhrətini 1980-90 illərdə qazanıb. O, ABŞ estradasının ən uğurlu ulduzu sayılırdı. O aldığı mükafatların sayına görə Ginnesin rekord siyahısına düşüb. Bura iki "Emmi" telemükafatı, 6 "Gızıl qrammofon", "Gremmi", 30 "Bilbird" jurnalının mükafatı daxildir.

O "Mühafizəçi", "Keşişin həyat yoldaşı", "Fasiləni gözləyərək" filmlərində əsas rollarda çəkilib.

Hyustonun müğənni, "Being Bobby Brown" teleşousunun ulduzu Bobbi Braunla nikahı çox uğursuz alındı. Əri onu narkotik maddələrə dadandırdı, Uitni narkoman oldu və karyerasında uzunmüddətli fasilə yarandı. Lakin o, batalıqdan qurtulmağa çalışırdı.
2002-ci ildə \"Just Whitney\", 2009-cu ildə isə \"Just Whitney\" albomları səhnəyə, karyeraya qayıdış cəhdləri idi.

1963-cü ilin avqustun 9-da Nyuarkda doğulmuş Uitninin səsinin artıq əvvəlki möhtəşəmliyini itirdiyi 2009-cu ildə Nyu-Yorkdakı Mərkəzi Parkda keçirilən konsretdə məlum olmuşdu.

Son illər narkotik maddələr və alkoqollu içkilər qəbul edən Uitni Hyuston xəstə idi. Özünü pis hiss etdiyinə görə o, \"I Look To You\" kimi uğurlu albomu ilə bağlı konsertlərini dəfələrlə təxirə salmışdı. 2009-cu ildə çıxmış albom \"Billboard\"un hit-paradında ilk yerdə debüt etmişdi.

Son dəfə Uitni 1998-ci ildə \"It\'s Not Right But It\'s Okay\" mahnısına görə \"Grammy\" almışdı.
Ümumiyyətlə isə Uitni Hyustonun 411 mükafatı vardı ki, onların 6-sı \"Grammy\", 2-si \"Ammy\", 23-ü \"American Music Awards\" və 16-sı da \"Billboard Music Awards\"dır.

Bütün xəbərlər Facebook səhifəmizdə