Azərbaycan telekanallarında yayımlanan evlilik verilişləri dayandırıla bilər!
Bu gün aldığımız məlumata görə, yaxın müddətdə ANS telekanalındakı "Toy olsun" və ATV-dəki "Onun yarısı" verilişlərinin yayımı dayandırıla bilər.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli da fevralın 6-da bildirib ki, televiziyalardakı bəzi səviyyəsiz verilişlərin yayımını dayandırmaq üçün bu quruma səlahiyyət verilməsi zəruridir.
MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov modern.az-a deyib ki, Şura tərəfindən
bu cür verilişlərə qarşı həmişə etiraz olunub: " Biz bu verilişlərin
əleyhinəyik. Belə verilişlər Azərbaycan
xalqının mədəni irsinə, mənəviyyatına, əxlaqına ziddir. Buna baxmayaraq, biz bu
cür verilişlərin yayımını dayandıra bilmirik. Bununla bağlı telekanallara
yalnız tövsiyə verə bilərik. Verilişi yalnız yayımçı özü dayandıra bilər".
ANS televiziyasının ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov "Toy
olsun"un yayımı ilə bağlı heç bir problemlə üzləşmədiklərini bildirib: "Bu
veriliş hər gün olduğu kimi efirə çıxacaq".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan
Məhərrəmli 2011-ci ilin yekunlarına həsr olunmuş iclasda bu verilişləri sərt
tənqid etmişdi. O, bildirmişdi ki, Azərbaycan telekanallarındakı izdivac
verilişləri onları çox narahat edir və belə davam edərsə, Şura bu verilişləri
dayandırmaq məcburiyyətində qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB