Elnurun Roza Zərgərliyə ehtiyacı var - FOTO

Elnurun Roza Zərgərliyə ehtiyacı var - FOTO

Azərbaycanın tanınmış müğənnisi Elnur Məmmədov həmkarı Roza Zərgərliyə müraciət edəcək. SİA-ya açıqlama verən Elnurun sözlərinə görə, o, yeni klip çəkdirəndə Rozanın köməyinə ehtitacı olacaq: "Bildiyiniz kimi, Roza Zərgərli Türkiyənin Kral Tv musiqi kanalının Azərbaycandakı rəsmi nümayəndəsidir. Yeni klipim hazır olandan sonra Roza xanımdan xahiş edəcəm ki, həmin klipin kanalda yayımlanmasına təmin etsin".

Elnur onu da əlavə etdi ki, o, Roza ilə də iş birliyinə başlayır: "Mən Roza xanımın özü ilə də yeni duet oxumağı düşünürəm. Həmin duet də Kral və Ru tv-də yayımlanacaq".

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə