Aktrisa 1600 dollara xüsusi xəstəxanada müalicə alır

Aktrisa 1600 dollara xüsusi xəstəxanada müalicə alır

Dünyaca məşhur aktrisa Demi Mur həyat yoldaşı Ashton Kutcher tərəfindən aldadıldıqdan sonra depresiyaya düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aktrisa 1600 dollara xüsusi xəstəxanada müalicə alır. Verilən məlumata görə, Demi Mur heç kimlə danışmır.


İfaçının qohumu media nümayəndələrinə aktrisa Demi Murun səhhəti haqda açıqlama verib: \"Demi çox pis günlər keçirir. Müalicə olunmağı rədd edirdi. Ancaq keçən həftə ilk həyat yoldaşı Bruce Willis klinikaya yatırmaq üçün razı salmağı bacarıb. Demi indi ancaq Bruce Willisə güvənir\" .


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə