“Ömür karvanı” adlı klipin təqdimatı olub - FOTO (VİDEO)

“Ömür karvanı” adlı klipin təqdimatı olub - FOTO (VİDEO)

Azərbaycan şou-biznesinə yenicə qatılmaq istəyən gənc ifaçı Nargilə Mehdiyeva "Ömür karvanı" adlı klip çəkdirib. SİA-nın xəbərinə görə, sözügedən klipin rejissoru Sirac Mustafayevdir.

Gənc ifaçı Azərbaycan tamaşaçısı üçün yeni simalardandır. Nargilə xanım musiqini daha dərindən yiyələnmək üçün vokal dərslərinə başlayıb. Müəllimi Qasım Xəlilov isə ona belkanto məktəbinin sirrlərini öyrədir.

Qeyd edək ki, ifaçı gələn il sənədlərini Milli Koservotoriyaya təqdim edəcək.

Ceyran Əsgərqızı



Bütün xəbərlər Facebook səhifəmizdə