Fevral ayında müğənni Yevgeniya Korotkeviç yenidən Bakıya gələcək

Fevral ayında müğənni Yevgeniya Korotkeviç yenidən Bakıya gələcək

Rusiyalı aktirsa, model və müğənni Yevgeniya Korotkeviçin paytaxtımızda olduğu barədə xəbər vermişdik. SİA-nın verdiyi məlumata görə, müğənni iki gün burda qaldıqdan sonra Azərbaycanı tərk etməli olub. Tərk etməsinin səbəbi isə Sankt-Peterburqda solisti olduğu Mark Zaxarov adına teatrın kollektivi ilə qastrol səfərdə olması olub.


Yevgeniya Korotkeviçin müğənni Eltonla "Bez tebya" adlı mahnısını lentə alsa da, klip çəkilişlərində iştirak edə bilməyib. Amma Elton rusiyalı qonağını tək qoymayıb. Bu gün səhər saatlarında paytaxta dönən sənətçi və onun prodüseri Anar Mədətov SİA-ya açıqlama verib: "Elton Sankt-Peterburqda yaşayan azərbaycanlıların təşkil etdiyi tədbirdə konsert proqramı ilə çıxış edib. Bu səbəbdən biz Yevgeniya ilə birlikdə yola düşdük və onu tək qoymadıq".


A.Mədətov klip çəkilişlərindəndə də danışıb: "Çəkilişləri fevral ayının ortalarına keçirdik. Bizim isə həmin tarixə qədər toylarımız var. Fevral ayında Y.Korotkeviç yenidən Bakıya gələrək çəkilişlərdə iştirak edə biləcək".


Qeyd edək ki, klipi Azərbaycanın yox, Rusiyanın çəkiliş komandası həyata keçirəcək. Sözügedən klip rus kanallarında da yayımlanacaq.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə