Azərbaycanlı modelin həyat yoldaşı başqa qadınla yaxalandı- FOTO
Azərbaycanlı model Günay Musayeva ilə ailə quran türkiyəli aktyor Tolqa Karel başqa qadınla yaxalanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hamilə modelin əri Tolqa ötən gecə Günay Musayeva ilə birlikdə İstanbuldakı "Harbiya" barına gəlib.
Lakin bir qədər sonra mübahisə etdikləri ehtimal olunan Tolqa Karel və Günay Musayeva bir-birilərindən ayrılırlar. Tolqa həyat yoldaşını taksi ilə evə göndərir, özü isə yanında başqa bir qadınla gecə klubuna gedir.
Sonra isə inanılmaz şeylər baş verib. O, gecə klubundan bir qızla ələ-ələ çıxıb, gecə klubunun qarşısında bir-birinə sarılıb, dodaq-dodağa öpüşüblər. Onların bu vəziyyətdə fotoşəkili çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB