Avropa turnesinə çıxan azərbaycanlı müğənni xarici tamaşaçıları coşdurdu-FOTOSESSİYA

Avropa turnesinə çıxan azərbaycanlı müğənni xarici tamaşaçıları coşdurdu-FOTOSESSİYA

"Eurovision-2011" milli seçim turunda və "Yeni ulduz" mahnısı müsabiqəsində iştirak edən müğənni İlhamə Qasımova Avropa turnesinə çıxıb. Bu barədə SİA-ya İlhamə özü məlumat verib. Onun sözlərinə görə, ötən ayın sonlarından başlayaraq o, bir neçə şəhərdə klub konsertləri ilə çıxış edib.

Berlində, Q-Dorf klubda təşkil edilən konsertdə 2500 nəfər tamaşaçı iştirak edib.

İlhamə tək bununla kifayətlənməyib. O, Lauterach şəhərində yerləşən Muzikpark-da daha bir geniş konsert proqramı ilə çıxış edib.

Onu da vurğulayaq ki, müğənni bundan sonra da bir neçə şəhərdə çıxış edəcək.

Şəkillər İlhamə Qasımovanın facebook sosial şəbəkəsindəki şəxsi səhifəsindən götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə