Brilliant Dadaşova seçim etdi

Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın "Çıx yaşıl düzə" mahnısı Türkiyənin ən çox izlənən musiqi kanalı Kral TV-də yayımlanıb. SİA-nın xəbərinə görə, sözügedən klip fevral ayının birindən etibarən kanalda nümayiş olunub. Müğənni "Çıx yaşıl düzə" klipinə Əlixan Səmədovla birlikdə çəkilib.

Qeyd edək ki, klipin ekskuliziv yayımı Kral TV-yə məxsus olduğu üçün Azərbaycanda yalnız bir neçə aydan sonra nümayiş olunacaq.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə