Dünyanın ən qəmgin mahnıları

Britaniyalı teatr rejissoru Devid Kinqin dünyanın ən qəmli mahnılarını müəyyən etmək üçün insanlar arasında sorğu təşkil edib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, aparılmış sorğu nəticəsində tarixin ən qəmgin mahnılarının siyahı açıqlanıb.

Beləliklə, dünyanın ən depressiv mahnısı Amerika rok qrupu "REM"in ifa etdiyi "Everybody Hurts" seçilib.

Məlumatda qeyd olunur ki, kişilər belə adı çəkilən musiqini dinlədikdə göz yaşlarını saxlaya bilmirlər.

Siyahının ikinci yerində dünyaca məşhur Elton Conun 1997-ci ildə hitə çevrilmiş "Candle in the light" mahnısı qərarlaşıb.

Üçlüyü 1988-ci ildə ekranlardan düşməyən "The living years" adlı həzin mahnı ilə "Mayk and Mechanics" qrupu tamamlayır.

İnsan qəlbinə toxunan mahnıların siyahısına Leanord Koenın "Haleluya", Selin Dionun "Titanik" filminə saundtrek olaraq ifa etdiyi "May hart will go on", Prins və Şineyd Okonorun "Nothing compares to you", Whitney Hyustonun "Cangüdən" filmi üçün oxuduğu "I will always love you" kimi mahnılar da daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə