Azərbaycanlı müğənni: “Səni sevdim sevilmədən”-VİDEO

Azərbaycanlı müğənni: “Səni sevdim sevilmədən”-VİDEO

Gənc ifaçı Lamiyə Novruzova musiqisi Elçin İmanova, sözləri Ramiz Rövşənə aid "Səni sevdim sevilmədən" mahnısına klip çəkdirib. SİA-nın məlumatına görə, klip Latviyada lentə alınıb.

Onu da qeyd edək ki, Lamiyənin bundan əvvəl də həmin müəlliflərin birgə işi olan "Bilirəm, gələn deyilsən" mahnısı latviyalı mütəxəssislərlə bərabər hazırlanıb. Amma o zaman çəkilişlər Bakıda aparılıb.

Eyni zamanda ötən dəfə olduğu kimi Lamiyənin növbəti klipi də peşəkar fotoaparatla çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə