Azərbaycamlı müğənninin Rusiya şou-biznesinə qoşulmaq cəhdləri davam edir

Azərbaycamlı müğənninin Rusiya şou-biznesinə qoşulmaq cəhdləri davam edir

"Yeni Ulduz-9" mahnı yarışmasının qalibi, müğənni Cahangir Qurbanov növbəti klipini çəkdirib. SİA-nın məlumatına görə, sözləri Eldar Həsənova aid olan "Ostrova lyubvi" adlı mahnıya çəkilən klip iki gəncin sevgi macərasından bəhs edir.

Eşq səhnələrinin də yer aldığı klipin rejissoru Nail Naiboğlu olub.

Onu da qeyd edək ki, sözügedən klipin lentə alınmasının əsl səbəbi Cahangir Qurbanov Rusiya şou-biznesinə qoşulmağıdır. Müğənni məhz bu işi ilə rusiyanın klip bazarına daxil olmağı düşünür.


Bütün xəbərlər Facebook səhifəmizdə