Məşhur cütlük yenidən ayrıldı

Türkiyənin məşhur aktyoru Azranın sevgilisi Kıvançla ayrıldıqları haqda xəbər yayılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 3 il əvvəl bitən 6 illik eşq məcaralarının yaz ayında yenidən başladığı iddia olunub.

Yeni ili Viyanada birlikdə keçirən cütlük istirahətdən qayıdarkən hava limanında jurnalistlərin kameralarına tuş gəlib. Azra ilə Kıvançın xoşbəxt olması jurnalistlərin diqqətindən qaçmayıb. Cütlük evliliyə hazırlaşdıqları ərəfədə nədənsə yenidən ayrılıq xəbəri ilə gündəmə gəliblər. Ayrılmaqlarının səbəbi tez-tez mübahisə etmələri olub.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə