Şou-bzines əhli məşhur rejissoru təbrik edəcək

Şou-bzines əhli məşhur rejissoru təbrik edəcək

Fevralın 12-13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında rejissor Nail Naiboğlu və prodüser Pərviz Oqtayoğlunun təşkilatçılığı ilə "Bu yaş nədir?" adlı qala konsert keçiriləcək. Bu barədə SİA-ya Nail xəbər verib.

Onun sözlərinə görə, onlar bununla yaradıcılıq fəaliyyətlərinin 7 illiyini qeyd etmək niyyətindədirlər.

Qala-konsertdə hər iki səbəbkarın bu illər ərzindəki fəaliyyəti, klipləri və digər işləri göstəriləcək.

Konsertdə Röya, Elnur Məmmədov, Abbas Bağırov, Natavan Həbibi, İzzət bağırov, Nadir Qafarzadə, Ayan Babakişiyeva, Manana, Rəhim Rəhimli, Zamiq, Lalə Məmmədova, Elxan Şirinov, Mətanət İsgəndərli, Zarina Məmmədova kimi ulduzlar çıxış edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə