Nadir Qafarzadə bu gündən etibarən…

Nadir Qafarzadə bu gündən etibarən…

Bu gündən etibarən tanınmış müğənni Nadir Qafarzadənin 30 min manata çəkdirdiyi \"Ürək döyünür\" klipi Rusiyanın iki məşhur telekanalında yayımlanmağa başlayır. Bu barədə SİA-ya müğənninin özü məlumat verib. Nadirin sözlərinə görə, klip RuTV və Muzik Fox-da yayımlanacaq.

Müğənni qeyd edib ki, onun klipi sözügedən kanalda yayımlanan ilk azərbaycanlı sənətçinin klipi olacaq.

Xeyli vəsait xərcləyən Nadir Rusiya kanallarına çıxmağı çoxdan planlaşdırırdı: "Bu istəyimi həyata keçirmək üçün külli miqdarda pul xərcləmişəm. İstədim ki, Rusiyanın bu adda olan telekanallarında azərbaycanlı sənətçinin adı hallansın. Klipi izləyən məni tanımasa da, əksəriyyət Azərbaycan adlı respublikanın mövcudluğundan xəbərdardır. Səyimin əsasını da bu təşkil edir. Eyni zamanda Nadir Qafarzadə olaraq ilkə imza atmaq istədim. İnşallah, həmin teleşirkətlərin azərbaycanlı sənətçi ilə əməkdaşlığı mənimlə başlayıb, mənimlə tükənməz\".

Bütün xəbərlər Facebook səhifəmizdə