Türkiyənin məşhur aktyoru Ferhan Şensoy boşandıqdan 8 il sonra media nümayəndələrinin kameralarına ilk dəfə olaraq sevgilisi ilə yaxalanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 16 il evli olan aktyor həyat yoldaşı Derya Baykaldan 2004 –cü ildə boşanıb. Aktyor Ferhan Şensoy aktrisa Aytaç Öztuna ilə sevişərkən jurnalistlərin kamerasına yaxalanıb. Cütlük kameraları görən zaman "vay yaxalandıq" - deyərək uzaqlaşmağa çalışıblar. Aktyor sevgilisini taksiyə mindirərək yola salıb.
Qeyd edək ki, cütlük bir çox filmlərdə rol alıblar. Həmin filmlər arasında "Şehnaz Tango", "Perihan Abla", "Binbir Gece" və bir çox seriallar olub.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB