Ramal nə vaxt subaylığın daşını atır?-FOTO

Ramal nə vaxt subaylığın daşını atır?-FOTO

Azərbaycan şou-biznesinin istedadlı müğənnisi Ramal İsrafilov solo konsert vermək eşqinə düşüb. SİA-ya açıqlama verən müğənni paytaxtda konsert verməsi ilə yanaşı xarici ölkələrdə fəaliyyətə başlayacağını da dilə gətirib.

"Bir çox həmkarlarım biri-birindən küsülü olub buna vaxt itirsələr də mən ancaq öz işimə zaman ayırıram. Bu günədək kiminləsə küsülü olmamışam və inanıram ki, bu il də belə olacaq. Ancaq öz işlərimlə məşğul olacam. Konsert vermək fikrim var. Hələ tarixi bəlli deyil. Xarici ölkələrlədə də fəaliyyətimi genişləndirəcəm\".

Subay gəzən müğənni şəxsi həyatınından da söz açdı: \"Mən şəxsi həyatımı yaradıcılığıma qurban vermişəm. Hələ ki, subaylığın daşını atmaq niyyətində deyiləm "- deyə Ramal əlavə edib.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə