Kərim Rəqsanəyə jest etdi: “Güman edirəm ki, onunla da barışaram” - FOTOSESSİYA

Kərim Rəqsanəyə jest etdi: “Güman edirəm ki, onunla da barışaram” - FOTOSESSİYA

Uzun zamandır efirlərdən və mətbuatdan uzaq düşən tanınmış müğənni Kərim Abbasov nəhayət üzə çıxdı. SİA -ya açıqlama verən Kərim itməyinin səbəbinindən və yaradıcılığndakı yeniliklərdən danışdı: "Bir çox yeniliklərim var. Həmkarım Ramalla yeni duet üzərində çalışırıq. Ramalın bəstəsinə məxsus olan mahnıya klip də çəkdirəcəm. Qaldı ki, mənim itməyimə, bu il daha fərqli olacaq. Ötən illərdən fərqli olaraq indi verilişlərdən tez-tez dəvət alıram. Artıq efirlərdə olmaqdan bezmişəm və utanıram. Böyük layihələr həyata keçirtmək fikrindəyəm. Bunları ərsəyə gətirmək üçün mənə uzun zaman lazımdır".

Müğənni 2012-ci ildə küsülü həmkarları ilə barışmağı da planlaşdırır: "Onu da söyləyim ki, artıq kiminləsə qalmaqal etmək fikrim yoxdur. Həmkarım Rəqsanə İsmayılovayla küsülü olsam da güman edirəm ki, onunla da barışaram. Çünki küsülü olmağı sevmirəm".

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə