Flora Kərimova onu qınayanlara önəm vermədi - FOTO

Flora Kərimova onu qınayanlara önəm vermədi - FOTO

Azərbaycanın xalq artisti, müğənni Flora Kərimovanın yaradıcılığında yenilik var. Müğənninin SƏS TV-yə verdiyi açıqlamaya görə, o, gənc həmkarı Rəmal Rəsulla yeni duet yazdırıb.

Bəstəkarı Tural Bakuvi olan mahnının adını açıqlamayan xalq artisti musiqinin lirik notlar üzərində yazıldığını gizlətmədi.

"Məni qınayırlar ki, niyə cavanlara kömək edirsən. Amma mən əlimdən gələni edirəm. Rəmala da kömək etmək istəyirəm", - deyə Flora xanım bildirib.

Onu da qeyd edək ki, xalq artisti bir neçə yeni klip çəkdirəcəyini də dilə gətirib.


Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə