Xumar Qədimova yeni klipin çəkilişlərinə start verib -FOTO

Xumar Qədimova yeni klipin çəkilişlərinə start verib -FOTO

Populyar müğənni Xumar Qədimova yeni klipin çəkilişlərinə start verib. \"Sevgi harayı\" mahnısını ekranlaşdıran sənətçi bu dəfə ənənəsinə sadiq qalmayacaq. Bu barədə SİA-ya açıqlama verən müğənni klip haqda danışıb: "Həmişəkindən fərqli olaraq, bu dəfə klipin möhtəşəm təqdimatını keçirəcəm. Bu da səbəbsiz deyil. Çünki təqdimatı sevmirəm. Sadəcə olaraq bu dəfə fərqlidir. Klipdə Azərbaycanın 3 böyük sənət adamı yer alıb. Bakının möhtəşəm saraylarından birində təqdimat olacaq. Mahnıya gəlincə, bəstəsi özümün, sözləri Cəlal Qurbanovundur".

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə