Küsülü olduqlarını bir il gizli saxlayan Rəhim və Zamiqi kim barışıdırıb?-FOTO

Küsülü olduqlarını bir il gizli saxlayan Rəhim və Zamiqi kim barışıdırıb?-FOTO

Azərbaycan estradasının məşhur müğənni-bəstəkarı Rəhim Rəhimli həmkarı haqda nadir halda danışar. Ancaq Zamiq Hüseynovu istisna edən Rəhim SİA-ya açıqlama verib.

İllərə söykənən münasibətlərindən söz açan Rəhimli bu sözləri dedi:"Zamiqlə 1 ilə yaxın aramızda soyuq münasibət olub. Ancaq küsülü olmağımızı gizli saxlayaraq heç yerdə bu haqda danışmamışıq. Çünki bir-birimizə hörmət etmişik. Təbii ki, məndə öz böyüklüyümü göstərərək küsülü olmağımızı media nümayəndələrinə demədim. Müğənni dostlarımızdan olan Sevda Yahyayeva və Röya Ayxan sayəsində bu yaxınlarda barışmışıq".

Açıqlaması zamanı Rəhim onu da əlavə etdi ki, o, Zamiq üçün yeni mahnı da yazıb: "Ekskuliziv olaraq sizə xəbər vermək istərdim ki, Zamiqə yeni mahnı bəstələmişəm və bu yaxınlarda tamaşaçılara təqdim edəcəyik".


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə