Tanınmış müğənni arzusunu gerçəkləşdirəcək

Tanınmış müğənni arzusunu gerçəkləşdirəcək

Azərbaycan estradasının məşhur müğənnisi Ayaz Qasımov bu il konsert keçirmək arzusunu gərçəkləşdirmək istəyir. Müğənninin SİA-ya verdiyi məlumata görə, o, ilk solo konserti ilə çıxış etməyi çoxdan planlaşdırır: "Bu arzu neçə ildir qəlbimdədir. Solo konserti verməyi çox istəyirəm. Bəlkə kimlərsə düşünür ki, problem maddi vəziyyətlə əlaqəlidir. Ancaq mənim pul problemim yoxdur. Məsələ vaxtdadır. Axı konsertə çox zaman gedir. Amma bu il qəti şəkildə qərara almışam ki, mütləq konsert baş tutmalıdır. Arzumun həyata keçməsi üçün əlimdən gələni edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə