Azərbaycanlı bəstəkar türk musiqisinin sənətçisi adını alıb-FOTOSESSİYA-VİDEO
Məşhur azərbaycanlı bəstəkar Pərviz Mahmudovun mahnısı türk sənətçisi tərəfindən ifa edilib. Bəstəkar SİA-ya açıqlamasında "Sevadanın yolları" adlı kompozisiyanın sevilən türk müğənnisi Ayla İşılın repertuarına daxil edildiyini dedi. Mahnın sözlər Leyli və Ayşe Birgül Yılmaza məxsusdur: "Mənim bu işlərimlə Türkiyədə Ayşe Birgül Yılmaz məşğul olur. Ayşə xanımla məni dostumuz bəstəkar və aranjemançı Hakan Erol tanış edib. Ayşə xanım mənə türk müğənnilərindən birinin bu mahnını bəyəndiyini dedi və mən də onun ifa etməsi üçün razılıq verdim. Ayla İşıl bu mahnını öz tərzində ifa edib və fikrimcə yaxşı alınıb. Ayşə xanım artıq musiqisi mənə məxsus olan bir neçə mahnının sözlərini yazıb və ona yaradıclığımda kömək etdiyinə görə təşəkkürümü bildirirəm. Gələcəkdə də bu xanımla işbirliyimiz davam etdirəcəyik."
"Sevadanın yolları" Ayla İşılın bu yaxınlarda işıq üzü görəcək yeni albomunda yer alıb. Kompozisiya artıq radio dalğalarında səslənməyə başlayıb. Pərviz Mahmudov haqqında fikirlərini bölüşən türkiyəli sevilən söz yazarı Ayşe Birgül Yılmaz bəstəkarın Türkiyə musiqi aləmində də populyar olacağına və seviləcəyinə əmin olduğunu dedi: " "Sevdanın Yolları" mahnısı Türkiyədəki bir neçə sənətçi tərəfindən çox bəyənildi, ancak prodüserliyini etdiyim üçün öz layihəmdə yer vermək istədim. Aylı İşıl bu mahnını iki cür oxudu və klub versiyasının daha səs gətirəcəyini düşünürük. Onu da əlavə edim ki, Azərbaycan Türkcəsiylə Leyli İsrafilovanın yazdığı sözlər də gözəldir və mən o formada oxunmasını istəmişdim, lakin olmadı, Leyli xanımın öz razılığı ilə sözlərin bir çoxunu dəyişdik və ortaq fikirlər yarandı\".
Ayşe Birgül Yılmaz gələcəkdə də Pərvizlə yaradıcı birliklərini davam etdirəcəyini açıqladı. Türkiyəli söz yazarı gənc bəstəkarla ruhən yaxın olduqlarını da etiraf etdi: " Pərviz bəylə istədiyi müddətdə çalışmalarımızı davam etdirmək haqqında razılığımız var. Türkiyədə onun mahnılarını tanıtmaq üçün menecer olaraq müxtəlif layihələr həyata keçirməyi düşünürəm. Pərvizin mahnılarının məşhur türk sənətçiləri tərəfindən də ifa edilməsinə çalışıram. Gələcəkdə türk müğənniləri ilə Pərvizin duet ifalarının da olmasını nəzərdə tutmuşuq. Pərviz çox bacarıqlı, istedadlı bir musiqiçidir. O mənə nə zaman yeni bir mahnı yazdığını söyləyəndə həyəcanlanıram və tez mənə göndərməsini xahiş edirəm. Pərvizə hər zaman kömək edəcəm, çünki o buna layiqdir və onun yaxın illərdə türk musiqi dünyasında da tanınacağına əminəm".
Yeri gəlmişkən onu da əlavə edək ki, Pərviz Mahmudov bu yaxınlarda rəsmən türk musiqisinin sənətçisi adını alıb.
Ayla İşılın ifasında musiqisi Pərviz Mahmudov, sözlər Leyli və Ayşe Birgül Yılmaza məxsus olan "Sevadanın yolları" mahnısını sizə təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB