Saray musiqi alətinin ifaçısı şou-biznesə qoşulur-FOTOSESSİYA

Saray musiqi alətinin ifaçısı şou-biznesə qoşulur-FOTOSESSİYA

Dünən özünü Avropa prodüseri kimi təqdim edən Sultan ud ifaçısı Vüqarı media nümayəndələri ilə tanış edib. SİA-nın məlumatına görə, o, yeni klipini mətbuat nümayəndələrinə təqdim edib.

Şou aləmində yeni olan ifaçı musiqiçilərin ekranda solo görünməsinin vacibliyini vurğulayıb: "Düşünürəm ki, musiqi alətlərinin ifaçıları da klip çəkdirməlidirlər. Yalnız müğənnilər yox, çalğıçılar da tanınmalıdır. Ud aləti Azərbaycanda çox ifa olunmasa da sevilir. Ud əslində saray alətidir. Onu qədim zamanlarda saraylarda ifa ediblər. İndi artıq səhnə ifaçıları da bu alətə müraciət edirlər".

Qeyd edək ki, klipin rejissoru Elgün Əzimovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə