"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və Nigar Camal yeni duet ərsəyə getirmək istəyirlər. SİA-nın məlumatına görə, cütlük yeniliklərini uzun zamandır ayrı-ayrılıqda təqdim edir. Amma birgə duet çoxdan düşünülür.
Eldar Qasımovun sözlərinə görə, ilk duet Azərbaycana qalibiyyət gətiribsə, ikinci duet onların öz yaradıcılıqlarına növbəti möhürü vurmalıdır: "Biz birgə layihələr düşünürük ki, bura növbəti duet də daxildir. Ancaq vaxtın uzanmasının səbəbi hələ istədiyimiz bəstəni tapa bilməməkdir. "Runninq Scared" mahnısını dinləyəndə dərhal duet üçün əla seçim olduğunu anladıq. Amma ikinci belə bir seçimi edə bilmirik. Əgər bəyəndiyimiz mahnı olsa düşünmədən razılaşarıq. Bu, ürəyi titrədən kompozisiya olmalıdır. Çox tərəddüd edirik".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB