Şou-biznes əhli acı taleyini yaşayan əlil şairə jest etdi-FOTOSESSİYA
Dünən fiziki cəhətdən qüsurlu, amma çox istedadlı şair Fariz Kərimlinin ilk kitabının təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, "Mənim acı taleyim" adlı şeir toplusunu təqdim edən Fariz şou-biznes əhlini başına topladı.
Yazdığı sözlərə mahnı bəstələnməyi arzulayan Farizə dəstək olmaq üçün məşhur simalar əllərindən gələni etdilər. Hər kəslə mehriban salamlaşıb, onlardan şirin söz gözləyən gənc şair mərasimdən olduqca məmmun qaldı.
Tədbirdə xalq artisti Flora Kərimova, müğənnilər Elnur Məmmədov, Roza Zərgərli, Ramal İsrafilov, Kərim Abbasov, Murad Sadıx, "Faytonçu" Nazim, Emin Bədəlov, Xəyalə Manaflı, rejssorlar Aqil M. Quliyev, Kənan MM, teleaprıcılar Mirsalam Mirsalamov, Cavid Gül və bir çox məşhurlar iştirak edirdi.
Hər müğənni Farizin istəyi ilə mahnı səsləndirdi. Elnur Məmmədov isə Farizin növbəti kitabında dərc olunan şeirlərin birinə musiqi yazdıracağına söz verdi.
Mərasimin digər yadda qalan məqamlarından biri də rejissor Kənan MM oldu. Kənardan gənc şairi seyr edən Kənan 10 dəqiqə ərzində Farizə şeir yazdı. Elə səbəbkarın adını daşıyan şeir hər kəsin könlünə oxşadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB