Məşhur rus müğənnisi Azərbaycanda klip çəkdirir-FOTOSESSİYA

Məşhur rus müğənnisi Azərbaycanda klip çəkdirir-FOTOSESSİYA

Rusiyanın məşhur müğənnisi Alsu yeni klipini Azərbaycanda çəkdirmək qərarına gəlib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni paytaxt Bakının küçələrində "Orada, harada ki, mən varam" ("Там, где я") adlı mahnını lentə aldırmağı düşünür.

Rusiya mətbuatı yazır ki, çəkilişlər ən qısa zamanda baş tutmalıdır.

Bakıda çəkiləcək klipdə möhtəşəm texniki avadanlıqlardan istifadə olunacaq. Müğənni mini-vertolot Cinestar 8 Revolution-da əyləşəcək. Vertolotun üzərində isə Red EPIC-M kamerası quraşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə