Dünən paytaxtın gecə kluplarının birində türk kanalı olan TMB (Türk Musiqi Birliyi) Azərbaycan nümayəndəliyinin təntənəli açılış mərasimi keçirilib.
SİA-nın məlumatına görə, türkdilli dövlətlərin musiqi mədəniyyətini təbliğ etmək üçün fəaliyyət göstərən televiziyanın art direktoru İlqar Quliyevlə, TMB TV-nin ölkəmiz üzrə nümayəndəliyinin icraçı prodüseri Kemal Cenk İçten çıxış edib. Çıxışları zaman onlar gələcək işləri barədə məlumat veriblər. Cenk bəyin açıqlaması zamanı məlum olub ki, artıq TMB kanalında azəri sənətçilərin daha geniş təbliğatı aparılacaq.
İlahə Nizamiqızının aparıcılığı ilə başlayan tədbirin bədii hissəsi yerli şou-biznes nümayəndələrinin çıxışı ilə yadda qalıb. Xalq artisti Faiq Ağayev olmaqla, əməkdar artistlər-Aybəniz Haşımova, Tünzalə Ağayeva, İlqar Muradov, Sevda Ələkbərzadə, müğənnilər-Günel Ələkbərova, Elyanə Əhmədova, Elnur Məmmədov, Ayan Babakişiyeva, Nazənin Salayeva, Aynişan Quliyeva, Rəqsanə İsmayılova, Roza Zərgərli, Təranə Mahmudova və başqları ssenariyə uyğun təbrik ifaları ilə yadda qaldılar.
Məlumat üçün bildirək ki, TMB TV-18 dekabr 2009-cu il tarixində Bişkek şəhərində keçirilmiş TÜRKSOY-un sammitində - Mədəniyyət Nazirləri Şurasının qərarı ilə yaradılıb. 200 milyondan çox tamaşaçısı auditoriyası ilə TMB yeganə türkdilli musiqi tele-kanalıdır ki, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya (Baqısdıstan, Tatarıstan və Rusiya Federasiyasının digər subyektləri) Ukrayna, Baltikyanı (Latviya, Litva, Estoniya) ölkələrinin kabel operatorlarında və peyk platforması əsasında yayımını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB