Nüşabə Ələsgərlidən xəbər var-FOTOSESSİYA

Nüşabə Ələsgərlidən xəbər var-FOTOSESSİYA

Azərbaycanlı müğənni Nüşabə Ələsgərlinin biznes sahəsində işləri yaxşı olmasa da yaradıcılığından şikayətçi deyil. SİA-ya açıqlama verən Nüşabə xanımın sözlərinə görə, müğənni yeni iki klip ərsəyə gətirməyi düşünür: "Çəkdirəcəyim klipin mahnıları olduqca seviləndir".

Nüşabə xanım onu da vurğuladı ki, kliplə yanaşı o, həm də solo albom üzərində çalışır: "Hazırda albomum üçün yeni fotosessiya çəkdirirəm. Düzünü desəm, tamaşaçılarımı sevindirmək üçün çox darıxmışam".

Müğənni onu da qeyd edib ki, fotosessiyada o, tam başqa bir obrazda olacaq.

Məlumat üçün bildirək ki, Nüşabə xanım şəxsi biznesini qurmaq iddiası ilə gözəllik salonu açıb. Ancaq müğənninin bu işdə bəxti gətirməyib. İfaçı xanım salon biznesindən qazanmadığını bildirib.

Fotolar müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə