Fasilədən “doyan” azərbaycanlı müğənni

Fasilədən “doyan” azərbaycanlı müğənni

Tanınmış müğənni-xanəndə Gülay Qədirova uzun fasilədən sonra tamaşaçılarını yeni mahnıları ilə sevindirəcək. Yaradıcılığındakı fasiləsini ana olması ilə bağlayan Gülay bu il daha məhsuldar çalışmağı qarşısına məqsəd qoyub.

SİA-ya açıqlama verən müğənni yeni albom üzərində çalışdığını dilə gətirib: "Yaradıcılığımdakı fasilədən doydum. Albomum hazırlanacaq. Buna görə də yeni mahnılar üzərində çalışıram. Yeni albomda yalnız xalq mahnıları və muğamlar yer alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə