Azərbaycanın əməkdar artisti, müğənni Mətanət İsgəndərli qorxularından söz açdı. SİA-ya açıqlama verən Mətanət xanım həyatda ən çox nədən qorxduğunu dilə gətirdi.
Müğənninin sözlərinə görə, o hər dəfə qəbristanlıqda mərhum qohumlarını ziyarət edən zaman daxilində bir qorxu hissi yaranır: "Mən qəbristanlıqdan çox qorxuram. Qəbirlər insanda vahimə yaradır. Bir də qaranlıdan qorxuram. Qaranlıqda qəbristanlığa getməyi belə təsəvvür edən zaman içimdə qəribə bir hissi olur".
Hisslərini bölüşən zaman Mətanət İsgəndərli illər öncə baş verən yol qəzasını da xatırladı: "Hə, bir də yol qəzasından çox qorxuram. İllər öncə keçirdiyim yol qəzasından sonra hələ də özümə gəlməmişəm. O, qorxu canımdan çıxmayıb. Ondan sonra kimsə maşının yüksək sürətlə idarə edərkən möhkəm qorxuram".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB