“Nostalji hisslər” yaşayan Zamiq retro üslubunda-FOTOSESSİYA

“Nostalji hisslər” yaşayan Zamiq retro üslubunda-FOTOSESSİYA

Azərbaycan şou-biznesinin tanınmış müğənnisi Zamiq Hüseynovun yeni "Nostalji hisslər" adlı diski sözün əsl mənasında tamaşaçılarda nostaljı hisslər yaradıb. SİA-nın xəbərinə görə, müğənni yeni diskində retro mahnılara üstünlük verib.

Dikdə 8 mahnı yer alıb. Onların sırasında "Şərikli çörək" filminin sauntreki olan eyniadlı mahnı (mus: Vasif Adıgözəlov), "Bakı" (söz və mus: Tofiq Babayev). Bundan başqa diskdə "Liman", "Zibeydə", "Saçlarına gül düzüm", "Gəlmədi", "Oyna" kimi mahnılar da var.

Qeyd edək ki, sözügedən albom üçün çəkilən fotosessiyada Zamiq ifası kimi geyimi ilə də retro üslübuna müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə