"Vallah çox adam məni qınayır ki, "tənbəlsən, işləmirsən", bilirəm, tənbələm. Amma artıq "şeytanın ayağını qırdım". Yenidən yaradıcılığımdakı yeniliklərlə tamaşaçılarımı sevindirəcəm". Bu sözləri SİA-ya Azərbaycanın tanınmış müğənnisi Ayaz Qasımov deyib.
Tənbəllikdə suçlanan müğənni artıq bütün söz-söhbətə son qoyub yeni klip ərsəyə gətirir: "Neyləyək? Başqa bir şəhərimiz yox" adlı mahnını lentə almağı düşünürəm. Musiqisi Aygün Səmədzadəyə, sözləri Nüsrət Kəsəmənliyə məxsusdur".
Ayazın sözlərinə görə, o, bir kliplə kifayətlənmək fikrində deyil. Belə ki, ikinci klip "Sevgilimi istərəm"adlı mahnıya çəkiləcək. Musiqisi Vüqar Camala, sözləri isə Azad İsayevə aiddir.
"Bunlarla yanaşı, mən həmçinin albomum üzərində də çalışıram", -deyə Ayaz əlavə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB