Azərbaycanın orijinal səsi Xumar Qədimova ötən ilin son hiti olan "Yarım" adlı mahnısına klip çəkdirib. SİA-nin məlumatına görə, sözləri Məhəbbət xanıma, musiqisi isə Xumar Qədimovanın özünə aid olan klipdə "Dəli və Dəlilər ekibi" çalışıb.
Sənətçi görülən işi yüksək qiymətləndirib. Bildirib ki, mahnının ərsəyə gəlməsində iştirakçı olan heyət üzvləri bütövlükdə "Yarım"ı tamaşaçılara, eyni zamanda dinləyicilərə obrazlı şəkildə çatdıra biliblər:
"Dünyanı görürəm mən iki rəngdə
Musiqi dinlərəm eyni ahəngdə
Mən su daşıyıram, qırıq səhəngdə
Gəl, dünya rəngini dəyişsin yarım!
Sözlərdən də məlumdur ki, burda yar həsrəti var. Klipdə də çalışmışıq ki, şeirlə klip obrazlı şəkildə öz əksini tapsın. Məncə, bunu bacarmışıq. Qeyd edim ki, uyğun məqamlarda qrafikadan istifadə olunub. Ümumiyyətlə, çalışmışıq ki, zəhmət çəkdiyimiz müddətdə dəbə uyğunlaşmayaq, işi dəbə çevirək. Və çox çalışmışıq ki, qrafika ilə obrazın vəhdəti olsun. Montajda da rəssam nəzarəti olub. Bir sözlə nəticədə söz, şeir, musiqi, ifa və klip məni qane edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB